
Zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya uğradı
Dağıstanlı zəvvarları daşıyan avtobus Səudiyyə Ərəbistanında qəzaya uğrayıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Marva-tur” şirkətinin rəhbəri Bulat Qurbanov bildirib.
Qəza nəticəsində bir qadın ölüb, daha 2 şəxs isə xəsarət alıb. Qəza zəvvarlar Məkkədən Dubay hava limanına gedərkən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindən bir neçə km məsafədə baş verib.
“Yol kənarında dayanan və içərisində 47 zəvvar olan avtobusa yük maşını çırpılıb. Bir qadın ölüb, daha ikisi isə yaralanıb”, - B. Qurbanov deyib.
Onun sözlərinə görə, daha bir neçə zəvvarın xəsarət almasına baxmayaraq, onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər: “Digərlərinin vəziyyəti qənaətbəxşdir. Onlar artıq hava limanına yola düşüblər. Ölən qadının yaxını olan oğlu da, digər xəsarət alan şəxslərin yaxınları da Ər-Riyadda xəstəxanadadırlar”.
Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45