Sərxoş vəziyyətdə ağır qəza törədib qaçdı: <span style="color:red;">ölən və yaralanan var  - <span style="color:red;">YENİLƏNİB
28 iyun 2018 11:02 (UTC +04:00)

Sərxoş vəziyyətdə ağır qəza törədib qaçdı: ölən və yaralanan var - YENİLƏNİB

Zaqatala rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib. Baş Prokururluqdan Lent.az-a verilən məlumata görə, iyunun 27-də saat 03 radələrində Zaqatala rayon sakini Güloğlan Alxazov sərxoş halda idarə etdiyi “VAZ 2106” markalı, 55 BC 910 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq avtomobili yolun kənarındakı işıq dirəyinə vurub, nəticədə avtomobildə olan sərnişin Uluxan Məmmədov hadisə yerində vəfat etmiş, digər sərnişin Fəridə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi  başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

Aparılmış tədbirlər nəticəsində G.Alxazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

 

*****

 

10:32

 

Zaqatalada ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, rayonun Mosul kəndində "VAZ 2106" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomnobili idarə edən 25 yaşlı oğlan hadisə yerində vəfat edib. Qadın sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Nizam Rza

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28