Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbail rayon sakini Nəsibov Fəqan Sabir oğlu Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, F.Nəsibovun müraciəti Baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanunamüvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.