Azərbaycanın Baş prokuroru Zakir Qaralov aprelin 5-də saat 11:00-da Ağstafa rayon prokurorluğunun binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. baş Prokurorluğöun mətbuat xidmətindən Lent.az-a verilən məluata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ağstafa rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl nazirlərin və digər vəzifəlişəxslərin rayonlarda vətəndaşlarla görüşəcəyi bildirilmiş və görüş cədvəli yayılmışdı.