Yevlaxdakı əməliyyatda saxlanılanların kimliyi məlum oldu
12 fevral 2015 14:33 (UTC +04:00)

Yevlaxdakı əməliyyatda saxlanılanların kimliyi məlum oldu

Daxili İşlər Nazirliyi dünən Yevlaxda keçirilən əməliyyatla bağlı açıqlama yayıb. 


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakinləri Əli Nəbiyevdən 1 kiloqram 50 qram marixuana, Səbuhi Məmmədovdan 1 kiloqram 200 qram marixuana aşkar edilib.

 

 

Əməliyyat axtarış nəticəsində həmçinin,  əvvəllər məhkum olunanlar - Əlövsət Musayevin evindən 2 ədəd qumbara və 1 kiloqram 10 qram marixuana, Elxan Hüseynovun evindən “TT” markalı tapança və 2 qram heroin, Əsəd Məmmədovun evindən  “AKSU” markalı silah, 2 ədəd qumbara, 29 ədəd avtomat patronu və 1,6 qram heroin, Mövsüm Musayevin evindən 2 kiloqram 400 qram marixuana, Arif Bəkirovun evindən 2 kiloqram 200 qram marixuana və 11 qram tiryək aşkar edilərək götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138

Oxşar yazılar