Yevlaxda tutulan dəstə üzvlərinin görüntüləri yayılıb
13 fevral 2015 18:16 (UTC +04:00)

Yevlaxda tutulan dəstə üzvlərinin görüntüləri yayılıb

0
 

 Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda həyata keçirilən xüsusi əməliyyat zamanı tutulan dəstə üzvlərinin görüntülərini yayıb.

Nazirlik onlardan müsadirə olunmuş silah-sursatın və narkotik vasitələrin görüntülərini də APA-ya təqdim edib.

Qeyd edək ki, bir neçə gün əvvəl DİN-in xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meylli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb.

Yevlax şəhər sakinləri Əli Nəbiyevdən 1 kiloqram 50 qram marixuana, Səbuhi Məmmədovdan 1 kiloqram 200 qram marixuana, əvvəllər məhkum olunmuşlar - Əlövsət Musayevin evindən 2 ədəd qumbara və 1 kiloqram 10 qram marixuana, Elxan Hüseynovun evindən “TT” markalı tapança və 2 qram heroin, Əsəd Məmmədovun evindən  “AKSU” markalı silah, 2 ədəd qumbara, 29 ədəd avtomat patronu və 1,6 qram heroin, Mövsüm Musayevin evindən 2 kiloqram 400 qram marixuana, Arif Bəkirovun evindən 2 kiloqram 200 qram marixuana və 11 qram tiryək aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar