Yerin yaxınlığından 130 min tonluq asteroid keçəcək
15 fevral 2013 05:36 (UTC +04:00)

Yerin yaxınlığından 130 min tonluq asteroid keçəcək

Fevralın 15-də Bakı vaxtı ilə saat 23.25-də  Yer kürəsinin yaxınlığından, yəni geostasionar peyklərin orbitlərindən də aşağıdan, planetimizdən 27, 7 min km aralı 45 metrlik asteroid keçəcək. Onun ölçüsünü 15 mərtəbəli bina ilə də müqayisə etmək olar.

 

Ancaq alimlər aparılmış hesablamalar əsasında toqquşma ehtimalını istisna edib.Lent.az-ın  “RİA Novosti”-yə istinadən məlumatına görə, bu müşahidələrin tarixində Yer kürəsinin rekord dərəcədə yaxınlığından keçəcək ilk göy cismi olacaq. Arzu edənlər bu nadir hadisəni binokl  və ya internet vasitəsi ilə müşahidə edə bilər.    

 

2012 DA14 adlı asteroid 2012-ci ilin fevralın 23-də İspaniyanın «La Saqra» rəsədxanası tərəfindən aşkar edilib. Bəzi astronomlar o vaxt bu asteroidin planetlə toqquşacağını istisna etmirdilər.  Diametri 45 metr, çəkisi isə 130 min ton olan bu göy cismi Yerlə toqquşacağı halda  partlayışın gücü 2,4 meqaton trotil ekvivalentinə bərabər ola bilərdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2092
avatar

Oxşar yazılar