Şəkidə 10 gün əvvəl xalasıoğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb. Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-yə verilən məlumata görə, yanvarın 30-da bıçaqlanma xəsarətləri ilə xəstəxanaya daxil olan rayonun Kiş kənd sakini, 1963-cü il təvəllüdlü Kənan Kərimov fevralın 8-i axşam saatlarında orada ölüb.
Qeyd edək ki, 52 yaşlı Kənan Kərimov yaşadığı evin həyətyanı sahəsində odun kəsən zaman həmkəndlisi olan xalası oğlu, 54 yaşlı Əkrəm Nəcəfov onu küçəyə çağırıb. Heç bir səbəb göstərmədən ona bıçaqla xəsarət yetirərək, hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralının bədənində 4 bıçaq xəsarəti olub. Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən Əkrəm Nəcəfov tutularaq istintaqa təhvil verilib.