Xaçmazda yol qəzası: bir nəfər ölüb, 2 nəfər yaralanıb
03 sentyabr 2013 20:05 (UTC +04:00)

Xaçmazda yol qəzası: bir nəfər ölüb, 2 nəfər yaralanıb

Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 38-ci km-də, rayonun Çinartala kəndi ərazisində qeydə alınıb.

 

10 LN 067 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomaşınla 10 RX 047 dövlət qeydiyyatlı “VAZ-2107” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Xəsarət alan Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamran Məhərrəm oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır. Digər xəsarət alan “VAZ-2106”nın sürücüsü, 1987-ci il təvəllüdlü Sevindik Əlisultanov Xudat Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən APA-ya verilən məlumata görə, onun üzərində əməliyyat aparılır. Ölən şəxs isə “VAZ-2106”nın sərnişini, Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1942-ci il təvəllüdlü Mehriban Məmmədovadır.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952
avatar

Oxşar yazılar