Xaçmazda yanğın: 1 ölü
03 oktyabr 2015 04:10 (UTC +04:00)

Xaçmazda yanğın: 1 ölü

0

Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin döşəməsi 2 kv.m sahədə yanıb.

 

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1980 ci il təvəllüdlü Şıxəliyev Rövşən Seyidbaba oğlunun yanmış meyiti aşkar olunub. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 211

Oxşar yazılar