Bu gün Xaçmaz rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yeni Həyat qəsəbəsində vətəndaşa məxsus 1 ha sahədə üzüm bağı yanıb. Ərazidə olan digər üzüm bağları yanğından mühafizə olunub.
Yanğın saat 13:32-də söndürülüb.