Xaçmazda oğul 61 yaşlı atasını döydü
28 sentyabr 2015 22:01 (UTC +04:00)

Xaçmazda oğul 61 yaşlı atasını döydü

0

Bu gün axşam saatlarında Xaçmaz rayonunda oğul atasına xəsarət yetirib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 1954-cü il təvəllüdlü Nadirşah İbrahimov oğlu 1983-cü il təvəllüdlü Namiq İbrahimov tərəfindən döyülüb.

 

Yaxınlarının verdiyi məlumata görə, şəxsi münaqişə zəminində oğlu atasına armaturla zərbə vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N.İbrahimov kəllə beyin travması, baş beynin əzilməsi, təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar