Xaçmazda 8 otaqlı evdə yanğın baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Moruqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otağlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.