Penitensiar Xidmətin “NİDA”çılarla bağlı açıqlaması <span style="color:red;">YENİLƏNİB
01 aprel 2014 20:17 (UTC +04:00)

Penitensiar Xidmətin “NİDA”çılarla bağlı açıqlaması YENİLƏNİB

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu gün Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşayiət edilən 13 nəfər təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatdıqdan sonra geriyə qaytarılması zamanı yaranan anlaşılmazlıqla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara cavab olaraq məlumat yayıb.

 

Xidmətdən APA-ya verilən məlumatda bildirilib ki, Bakı İstintaq təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə müşayiət edilən 13 nəfər təqsirləndirilən şəxs məhkəmə prosesindən sonra geriyə qaytarılarkən təcridxananın təhvil-təslim yerində digər xüsusi nəqliyyat vasitəsi olduğuna görə onları gətirən nəqliyyat vasitəsi qısa müddət ərzində gözləməli olublar. Bunu narazılıqla qarşılayan bir neçə təqsirləndirilən şəxs etiraz əlaməti olaraq xüsusi təyinatlı avtomobili döyəcləyib, səs-küy salmağa başlayıblar. Həmin şəxslər qarovul heyəti tərəfindən intizama dəvət edilsələr də, buna məhəl qoyulmayıb və öz hərəkətlərini davam etdiriblər. 

 

“Yayılan informasiyalarda avtomaşında olan hava çatışmazlığı ilə bağlı məlumat həqiqəti əks etdirmir. Belə ki, təqsirləndirilən şəxslərin daşınmasını həyata keçirən Penitensiar xidmətin sərəncamındakı “Fiat Ducato” markalı xüsusi avtomobillər ən müasir tələblərə cavab verən nəqliyyat vasitələridir. Bu nəqliyyat vasitələrində təmiz hava axını, daşınan şəxslərin və onları müşayiət edənlərin təhlükəsizlikləri yüksək səviyyədə təmin olunur. Təqsirləndirilən şəxslər tərəfindən intizam qaydalarına məhəl qoyulmadığına və xüsusi nəqliyyat vasitəsinə zərər vurulması ilə müşayiət olunan hərəkətlər davam etdirildiyinə görə qarovul heyəti “Azərbaycan Respublikasının penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat”ın tələblərinə tam müvafiq olaraq təhlükəsizliyi təmin edib. Təhlükəsizlik tədbiri zamanı heç bir şəxs xəsarət almayıb” - deyə açıqlamada bildirilir. 

 

***

 

 

 

 

19.27

 

“Nida” Vətəndaş Hərəkatının və “Azad Gənclik” Təşkilatının həbsdə olan üzvlərini məhkəmədən İstintaq təcridxanasına aparan maşına gözyaşardıcı qaz buraxılıb”.

 

Bunu APA-ya “Nida”nın həbsdə olan Zaur Qurbanlının vəkili Xalid Bağırov deyib.

 

X. Bağırov bildirib ki, təqsirləndirilən şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsindən Bakı İstintaq Təcridxanasına apararkən avtomobildə Zaur Qurbanlının vəziyyəti pisləşib: “Maşındakı digər təqsirləndirilən şəxslər konvoylardan pəncərənin açılmasını xahiş ediblər. Lakin onların xahişinə məhəl qoyulmayıb. Bundan sonra təqsirləndirilən şəxslər maşının qapısını döyəcləməyə başlayıblar. Nəticədə konvoylar maşına gözyaşardıcı qaz buraxıblar. Təqsirləndirilən şəxslərin vəziyyəti ağırlaşıb. İlkin Rüstəmzadənin isə gözləri zədələnib”.

 

X. Bağırov bunun provokasiya olduğunu bildirib: “Biz Penitensiar Xidmətdən açıqlama gözləyirik. Onların açıqlamasına uyğun hərəkət edəcəyik”.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902
avatar

Oxşar yazılar