Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.
APA-nın məlumatına görə, bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.
Qeyd edək ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib.
Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.
***
Ukraynada baş verən dəhşətli yanğında ölən azərbaycanlılardan biri Ağdaş, biri Cəlilabad, ikisi isə Sabirabad rayonunun sakinləri olub. Bu barədə Lent.az-a Ukrayna-Azərbaycan Birləşmiş Diasporunun regional təşkilat sədri Həbib Həsənli məlumat verib.
O bildirib ki, ölənlərdən üç nəfəri yanğın zamanı tüstündən boğularaq dünyasını dəyişib. Bir nəfər isə faciəvi hadisədə tamamilə yanıb.
***
12:11
Ukraynanın Zaparojye şəhərində 4 Azərbaycan vətəndaşı yanıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərdəki “Anqolenka” bazarındakı hosteldə baş verib. Məlumata görə, onlardan biri Bakı şəhər sakinidir. O, bu yaxınlarda vətənə qayıtmalıymış.
Hadisə zamanı həlak olanlardan biri isə hostelin gözətçidir.