ÜDM-in həcmi açıqlandı - STATİSTİKA
12 sentyabr 2013 14:45 (UTC +04:00)

ÜDM-in həcmi açıqlandı - STATİSTİKA

Ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi artaraq, 37.4 milyard manata çatıb və onun əhalinin hər nəfərinə düşən həcmi  4035.7 manat təşkil edib. 

Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 51,1 faizdən 55,2 faizədək yüksəlib. 
ÜDM-in 63,8 faizi istehsal sahələrində, o cümlədən 47,2 faizi sənayedə, 11,0 faizi tikintidə, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 29,6 faizi isə xidmət sahələrinin payına düşüb. 
 

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,6 faizini təşkil edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar