Ucarda iki maşın toqquşdu: 4 yaralı
31 dekabr 2015 00:51 (UTC +04:00)

Ucarda iki maşın toqquşdu: 4 yaralı

0

Ucarda yol qəzası baş verib, xəsarət alanlar var.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında səhərin Koroğlu küçəsində baş verib.

 

VAZ 21011 markalı maşınla "Saipa'" markalı minik  avtomobili toqquşub. Nəticədə, Ucar rayon sakinləri 25 yaşlı Rzayev İslam İsrafil oğlu, 24 yaşlı Şərabxanov Şərafəddin Tural oğlu, 31 yaşlı Həsənov Ətraf Mahir oğlu və 31 yaşlı Kərimov Sübhan Seyran oğlu ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisənin baş vermə səbəbi Ucar Rayon Polis Şöbəsində araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar