Ucarda avtoqəza: bir nəfər xəsarət alıb
03 aprel 2013 22:01 (UTC +04:00)

Ucarda avtoqəza: bir nəfər xəsarət alıb

0

Ucar rayonunda 1 nəfərin ağır xəsarəti ilə nəticələnən yol – nəqliyyat hadisəsi baş verib. APA-nın  yerli bürosunun məlumata görə, hadisə bu gün Bakı – Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. “Hyundaı” markalı yük maşını ilə eyni markadan olan minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü 1981-ci il təvəllüdlü Goranboy rayon sakini Əmiraslanov İlkin İbrahim oğlu ağır vəziyyətdə Ucar Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata görə, yaralının vəziyyəti ağır olduğundan yaxınları onu müalicə almaq üçün paytaxta aparıblar.

 

Faktla bağlı Baş dövlət Yol polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar