TürkPA-nın müşahidə missiyası Azərbaycana gəlib
29 oktyabr 2015 18:53 (UTC +04:00)

TürkPA-nın müşahidə missiyası Azərbaycana gəlib

0

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə Bakıya gəlib.

 

Qurumdan APA-ya verilən məlumata görə, missiyaya Qazaxıstan Parlamenti Məclisinin üzvü Serikjan Kanayev rəhbərlik edir.

 

Müşahidəçilərin proqramına Milli Məclisin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov, Mərkəzi Seçki Kommissiyasının sədri Məzahir Pənahov, həmçinin Xarici İşlər Nazirliyinin bir sıra rəsmiləri ilə görüşlər daxildir. Noyabrın 2-də müşahidə missiyasının seçkilərin nəticəsinə dair mətbuat konfransı keçiriləcək.

  
Qeyd edək ki, TürkPA müşahidə missiyası üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərini müşahidə etmək məqsədilə 2010-cü ildən fəaliyyətə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar