Toydan sonra qanlı dava: 1 nəfər öldürülüb
24 avqust 2014 09:28 (UTC +04:00)

Toydan sonra qanlı dava: 1 nəfər öldürülüb

Kürdəmir rayonunda qətl törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qarabucaq kəndində 1988-ci il təvəllüdlü Şahbuz Mikayılov həmkəndlisi, 1965-ci il təvəllüdlü Şükür Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Çoxsaylı bıçaq xəsarətləri alan 49 yaşlı Ş.Məmmədov xəstəxanaya çatdırılanadək keçinib.

 

Bildirilir ki, hər iki şəxs dünən kənddəki toy məclisində iştirak edib. Burada hələlik məlum olmayan səbəblərdən onlar arasında söz-söhbət yaranıb.  Mübahisə münaqişəyə çevrilimədən tərəflər sakitləşdirilib və onlar evə gediblər. Bundan sonra Ş.Məmmədov yaşadığı evdən bıçaq götürərək toyda onunla mübahisə edən 26 yaşlı Şahbuzun evinə gəlib. Burada o, Ş.Mikayılovun ailə üzvləri, doğmalarının ünvanına təhqiramiz sözlər işlədib. Toydan gəlib yatan gənc oğlan həmkəndlisinin səsini eşidib və bıçaq götürərək həyətə düşüb. Ş.Mikayılov onu öldürməyə gələn şəxsi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

 

Faktla bağlı cinayət işi açılıb, həmkəndlisini öldürən şəxs tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5651
avatar

Nizam Rza

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21