Toyda qan düşdü
20 sentyabr 2015 12:58 (UTC +04:00)

Toyda qan düşdü

0

Ötən gün axşam saatlarında Şabran rayonunun Padar kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü rayon sakini Zülfüqar Əlyulla oğlu Cəfərov qarın boşluğundan bıçaq zərbəsi alıb.

Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi Qürbət Niftəliyev bildirib ki, bıçaqlanan şəxs yol kənarından tapılıb.

İlkin məlumatlara görə, o toyda bıçaqlandıqdan sonra yol kənarına atılıb. Dərhal cərrahiyə otağına alınan Zülfüqar Cəfərovun vəziyyəti orta ağırdır.

Hadisə yerinə Şabran rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar