Tovuz rayon Polis ŞöbəsindənAPA-nın qərb bürosuna verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu əl-qolunu bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar.
***
12:35
Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.
Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.