Tovuzda evə basqın: <b>40 manat pul apardılar</b>
16 sentyabr 2015 19:42 (UTC +04:00)

Tovuzda evə basqın: 40 manat pul apardılar

0

Tovuzda quldurluq hadisəsi olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində İsaq İsayevin evində baş verib.

 

İ. İsayevin evinə daxil olan iki nəfər maskalı şəxs onun əl-ayağını bağlayaraq pul tələb edib. Evdə olan qızıl və pulların yerini öyrənməyə çalışan maskalılar İ. İsayevə boğaz və çiyin nahiyyəsindən  xəsarətlər yetiriblər.

 

Zərərçəkənin qohumlarının bildirdiyinə görə, maskalı şəxslər evdən 40 manat pul və qızıl sırğa aparıblar. İ. İsayev isə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki, 54 yaşlı İ. İsayev iki qız övladı ilə yaşayır. O, rayon Qaz İstismar Sahəsinin əməkdaşıdır.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar