Tovuzda davada silaha əl atıldı
01 oktyabr 2015 22:46 (UTC +04:00)

Tovuzda davada silaha əl atıldı

0

Tovuz rayonunda iki nəfər dalaşıb, biri digərinə silah çəkib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, insident rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini Elsevər Mədədovla Gəncə şəhər sakini İntiqam Səlimov arasında hələ ki, səbəbi məlum olmayan səbəbdən münaqişə baş verib. İnsident zamanı E. Mədədov cibindən silah çıxararaq İ. Səlimovu hədələyib. Hadisə yerinə gələn polis əməkdaşları E. Mədədovu saxlayaraq silahı ondan götürülüb.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar