Fevralın 8-də Tovuz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qaralar kənd sakini Məmmədov Kamil Həsən oğlu yaşadığı evdə ov tüfəngi ilə özünü güllələyib. Baş nahiyəsinə atəş açan kənd sakini aldığı ağır xəsarətlərdən ölüb.
Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntiharın səbəbləri araşdırılır.