Təmas xəttində monitorinq keçiriləcək
13 yanvar 2015 10:14 (UTC +04:00)

Təmas xəttində monitorinq keçiriləcək

 

Təmas xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.


Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.


Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçirəcəkləri nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193

Oxşar yazılar