
Taxıl sahəsini yandırdı, saxlanıldı
0
0
Şəkidə yanğına səbəb olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 12-də saat 21.00 radələrində Şəki rayonunun Sarıca kəndinin ərazisində 3 hektar biçilmiş taxıl sahəsində küləş yanıb, xəsarət alan olmayıb.
Dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və rayon Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik tədbirləri görüb, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Bolludərə kənd sakini Əvəz Mustafayev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.
0
0