Tanınmış diktor Davud Əhmədov vəfat edib
24 sentyabr 2015 10:49 (UTC +04:00)

Tanınmış diktor Davud Əhmədov vəfat edib

0
Azərbaycanın tanınmış diktoru Davud Əhmədov bu gecə vəfat edib.

 

Bu barədə APA-ya mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib. Onun sözlərinə görə, 74 yaşlı diktor ürək çatışmazlığından əziyyət çəkib. Mərhum bu gün saat 18.00-da Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

 

Qeyd edək ki, 1941-ci ildə Lənkəranda anadan olan Davud Əhmədov uzun illər Azərbaycan Dövlət Televiziyasında xəbərlər proqramının aparıcısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar