Suriyada məsciddə partlayış: 6 ölü, 10 yaralı
13 fevral 2015 20:56 (UTC +04:00)

Suriyada məsciddə partlayış: 6 ölü, 10 yaralı

0

Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında məscid yaxınlığında partlayış olub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

 

Məlumata görə, partlayıcı qurğu məscidin yaxınlığında saxlanılan avtomobildə quraşdırılıb. Partlayış dindarlar cümə namazından sonra məsciddən çıxanda baş verib.

 

Terror aktı ilə bağlı məsuliyyəti “Ceyş əl-İslam” və "Cebhat ən-Nusra” qruplaşmaları  öz üzərilərinə götürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar