APA-nın məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən 26 nəfər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən tutulub.