Suriyada döyüşən Ağsu sakini tutulub
29 sentyabr 2015 15:23 (UTC +04:00)

Suriyada döyüşən Ağsu sakini tutulub

0
Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.

 

APA-nın məlumatına görə, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.

 

Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar