Sumqayıtda ticarət mərkəzində yanğın olub - <span style="color:red;">FOTOLENT
24 iyun 2019 01:13 (UTC +04:00)

Sumqayıtda ticarət mərkəzində yanğın olub - FOTOLENT

 

Sumqayıt şəhərində yerləşən tanınmış ticarət mərkəzində yanğın baş verib.

APA-nın yerli  bürosunun  məlumatına görə, axşam saatlarında şəhərin Sülh prospektində yerləşən ümumi sahəsi 2400 kvadratmetr olan 3 mərtəbəli "Maxx” ticarət mərkəzinin anbarında yanğın başlayıb.

Yanğın anbarın 100 kvadratmetrini əhatə edib və 60 kvadratmetr ərazidə geyim əşyaları yanıb. Bununla yanaşı, ticarət mərkəzinin elektrik  naqilləri və şəbəkəsi də yanaraq sıradan çıxıb. Əraziyə dərhal 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Xəsarət  alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar