Sumqayıt şəhərində köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,“112” qaynar telefon xəttinə mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas edib və aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 17:06-da başa çatıb.