Sumqayıtda 62 yaşlı kişinin mənzilində meyiti tapılıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı müraciətdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1953-cü il təvəllüdlü Yusifov Musa Nuru oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.