Bakıda yol qəzası törədən sürücünün infarktdan öldüyü məlum olub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də saat 11 radələrində Ələt-Astara yolunun 205-ci km-də Lənkəran rayonunun Gərmətük kənd sakini Seyfulla İsmayılovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil yolun kənarında dayanmış rayon sakini Surət Əliyevə məxsus “Mercedes” markalı avtomobilə dəyib.
Araşdırmalar zamanı S.İsmayılovun sükan arxasında infarktdan öldüyü müəyyən edilib.