Siyəzəndə avtomobil aşdı: yaralılar var
14 may 2016 10:47 (UTC +04:00)

Siyəzəndə avtomobil aşdı: yaralılar var

0

 

Bu gün gecə saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 93-cü kilometrliyində qeydə alınıb.

 

99 BZ 187 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alan Bakı şəhər sakini, 30 yaşlı Ülkər Koroğluyeva və 28 yaşlı Ülviyyə Koroğluyeva Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə çatdırılıblar.

 

Ülkər Koroğluyevaya sol körpücük sümüyünün orta üçdə birinin qapalı sınığı,  Ülviyyə Koroğluyeva isə sol göz nahiyəsinin hemotoması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 681

Oxşar yazılar