Şirvanda qəzada 3 qadın yaralandı
02 oktyabr 2015 00:53 (UTC +04:00)

Şirvanda qəzada 3 qadın yaralandı

0

Şirvanda baş verən avtoqəzada 3 qadın xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 22.00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində baş verib.  “Merсedes” markalı avtomobillə “Honda” markalı avtomobilin toqquşması nəticəsində sərnişinlər -Hacıqabul şəhər sakinləri, 1951-ci il təvəllüdlü Rzayeva Maral İsabala qızı, 1978-ci il təvəllüdlü Rzayeva Vüsalə Ələddin qızı və 1956-cı il təvəllüdlü İsrafilova Qızbəst Ayaz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirlib. 

 

Faktla bağlı Şirvan polis şöbəsində tədqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar