Sirkə turşusundan zəhərlənən kişi öldü
09 may 2017 09:22 (UTC +04:00)

Sirkə turşusundan zəhərlənən kişi öldü

0

Şəkidə sirkə turşusundan ölüm faktı qeydə alınıb.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicə alan rayonun Turan qəsəbə sakini, 1982-ci il təvəllüdlü  Elçin Fikrət oğlu Məmmədov mayın 8-i axşam saat 22 radələrində ölüb.

 

Qeyd edək ki, 35 yaşlı Elçin Məmmədov mayın 8-i axşam saat 18 radələrində sirkə turşusundan zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Elçin Məmmədovun sirkə turşusunu hansı səbəbdən içməsini araşdırmalardan sonra söyləmək mümkün olacaq.
 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar