GÜNÜN ŞƏRHİ
Müşahidəçi statusu ilə üzvlük. Bu status dövlətə həmin təşkilat daxilində qərarların qəbulunda iştirak hüququ vermir, lakin iki üstünlük qazandırır. Birincisi, dövlət həmin təşkilatın fəaliyyətini yaxından izləmək fürsəti əldə edir, ikincisi, müşahidəçi statusu ilə üzvlük dövlətin həmin təşkilatla normal münasibətlərini ifadə edir. Bu isə diplomatiyada son dərəcə önəmli faktordur. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi statusla üzv qəbulu niyyəti də bu gerçəkliyi ifadə edir. OPEK isə Rusiyanı tam hüquqlu üzv kimi öz sıralarında görmək istəyir. Lakin Moskva bu qurumda yalnız müşahidəçi statusla üzv olmaq niyyətindədir. Rusiya OPEK-ə üzv qəbul olunarsa, indi sərbəst şəkildə müəyyənləşdirdiyi hasilat səviyyəsini, üzvlükdən sonra OPEK-in, daha doğrusu bu qurumda söz sahibi olan Səudiyyə Ərəbistanının diktəsi ilə müəyyənləşdirəcək. Bu isə Moskvaya sərf etmir, Kremlin məntiqi belədir - əgər dünyanın düz vaxtında OPEK-ə üzv olmamışıqsa, indiki ağır situasiyada niyə bunu etməliyik? Məntiq var.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Fevral
82