Sərxoş piyadanı maşın vurdu
16 sentyabr 2015 23:18 (UTC +04:00)

Sərxoş piyadanı maşın vurdu

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Verdiyev Yaşar Əli oğlu yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Yaralı sol dirsək nahiyəsinin sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Sərxoş halda olan Y. Verdiyev bildirib ki o,  “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar