Ötən gün Şəmkirin mərkəzində qonşular arasında dava baş verib.
Lent.az Kəpəz TV (Region TV)-yə istinadən xəbər verir ki, rayon sakini Vaqif Hacıyev qonşuluqda yaşayan Türkan Məmmədova ilə mübahisə edib. Mübahisə zamanı qadın kişini yıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Vaqif Hacıyev ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, o, ağır kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyəti orta-ağırdır.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.