Şəmkirdə 38 yaşlı kişi bıçaqlanaraq öldürüldü
15 dekabr 2016 09:33 (UTC +04:00)

Şəmkirdə 38 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Şəmkirdə qətl törədilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Morul kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Süleyman Çingiz oğlu qarnın kəsilmiş-deşilmiş xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat edilsə də, bir neçə saatdan sonra reanimasiya şöbəsində ölüb. Aparılan araşdırma zamanı məlum olub ki, S. Quliyevi mübahisə zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Rəhim Ağayev bıçaqlayaraq qətlə yetirib. R. Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

APA Baycan

Oxşar yazılar