Şəmkir sakini bıçaqlandı
02 oktyabr 2015 00:51 (UTC +04:00)

Şəmkir sakini bıçaqlandı

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Keçili kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Xəyal Tahir oğlu döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Dayısı oğlunun bildirdiyinə görə X. Əliyevi həmkəndlisi Vüqar Orucov bıçaqlayıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 87
avatar

Oxşar yazılar