<b>İki uşaq anasının intihar etməsinin səbəbi bilindi</b> - YENİLƏNİB
02 may 2017 11:15 (UTC +04:00)

İki uşaq anasının intihar etməsinin səbəbi bilindi - YENİLƏNİB

0

 

Şəki Rayon Mərkəzi Xəstəxanası intihara cəhd edən iki uşaq anasının səhhətinə aydınlıq gətirib.

Lent.az bildirir ki, xəstəxanadan AzNews.az-a verilən məlumata görə, hazırda 34 yaşlı Şəlalə Xəlilova reanimasiyadadır:
 
“Vəziyyəti ilə bağlı məlumat vermək çətindi. Vəziyyətinin necə olacağı günün sonunda məlum olacaq. Sirkə turşusunun insan orqanizminə təsirinin nəticəsini 10 saatdan sonra aydın olur. Sirkə turşusu mədə və bağırsaqlarını yandırıb. Həkimlər ona ilkin yardım edib, mədəsini yuyub.”
 
Xəstəxanadan onu da əlavə ediblər Şəlalə Xəlilovanın intihara cəhdinin arxasında ailə münaqişəsi dayanır.

 

 

 

 

 

09:20

 

 

Şəkidə iki uşaq anası intihara cəhd edib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 06.00 radələrində rayonun Baş Zəyzid kənd sakini, 1983-cü il təvəllüdlü Şəlalə Paşa qızı Xəlilova zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Məlum olub ki, iki uşaq anası olan Şəlalə Xəlilova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Şəlalə Xəlilovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar