Saxta pulla avtomobil aldı, yaxalandı
18 sentyabr 2015 12:47 (UTC +04:00)

Saxta pulla avtomobil aldı, yaxalandı

0

Mingəçevirdə saxta pulla avtomobil alan şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, cari il may ayının 25-də Tərtər şəhər sakini Elxan Hacıyev Goranboy RPŞ-yə müraciət edərək,  “Mercedes” markalı avtomobili İlham adlı şəxsə 2500 ABŞ dollarına və 350 manata satmasını, lakin aldığı əskinaslardan 14 ədəd 100 dollarlığın saxta olmasını bildirib.

Faktla əlaqədar cinayət işi başlanıb.  

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Ruslan Əliyev tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar