Saxta pul çap edənlər tutuldu <span style="color:red;">- Bakıda
11 fevral 2015 14:57 (UTC +04:00)

Saxta pul çap edənlər tutuldu - Bakıda

Saxta əsginas çap edən bir qrup şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB, Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində,  Balakən rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmin Qasımovdan, 1983-cü il təvəllüdlü Urfan Hacıyevdən, 1994-cü il təvəllüdlü Ceyhun Osmanovdan və 1987-ci il təvəllüdlü Ruslan Xəmmədovdan 22 ədəd 20,  6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əskinaz aşkar olunaraq götürülüb. Onların kirayə yaşadıqları evə baxış zamanı 18 ədəd 20 və 18 ədəd 1 manatlıq saxta əskinaz  və  çap dəzgahı aşkarlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172

Oxşar yazılar