Saxlanılan jurnalistlər sərbəst buraxılıblar
20 sentyabr 2015 15:13 (UTC +04:00)

Saxlanılan jurnalistlər sərbəst buraxılıblar

0

Sentyabrın 20-də saat 12.30 radələrində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalistlər Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva sərbəst buraxılıblar.

 

Lent.az-ın xəbərinə görə, onlar Mingəçevir hadisələri və əməkdaşlıq etdikləri Meydan TV-nin fəaliyyəti ilə bağlı dindiriliblər.

 

İşi prokurorluq və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb.

 

Qeyd edək ki, jurnalistlər ötən gecə Ukraynadan təlimdən qayıdarkən hava limanında saxlanılıblar və  DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar