Şamaxıda iki maşını toqquşdu: 5 yaralı
18 sentyabr 2015 22:48 (UTC +04:00)

Şamaxıda iki maşını toqquşdu: 5 yaralı

0

Bakı-Şamaxı yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında yolun 115-ci kilometrliyində, Şamaxının Mərzəndiyə kəndi ərazisində, Pirsaat ziyarətgahının yanında qeydə alınıb.

 

“VAZ 2107” və “Lada Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı rayonunun Həmyə kənd sakinləri -1995-ci il təvəllüdlü Qafarov Cəfər Nəbi oğlu, 1988-ci il təvəllüdlü Eyvazov Nəriman Əlimövsüm oğlu, 1995-ci il təvəllüdlü Qurbanov Nəcəf Gündüz oğlu, 1988-ci il təvəllüdlü Kərimov Rəşad Misirxan oğlu, Bakı sakini 1966-cı il təvəllüdlü Ağayeva Mərziyə Ədil qızı ağır bədən xəsarəti alaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar