Salyan sakini: "Borcum var idi, narkotik əkdim"
15 sentyabr 2015 10:27 (UTC +04:00)

Salyan sakini: "Borcum var idi, narkotik əkdim"

Salyan sakinindən külli miqdarda narkotik maddə aşkar edərək götürüb. APA TV-nin yerli bürosuna verilən məlumata görə,  Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat zamanı rayonun Qaraçala qəsəbəsinin sakini, 27 yaşlı Qabil Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı həyətyanı sahəyə baxış keçirilən zaman yaş halda ümumi çəkisi 18,10 kiloqram miqdarında 18 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. RPŞ-nin müstəntiqi İlqar İsmayılov bildirib ki, bundan başqa, Qabil Abdullayevin evinə keçirilmiş baxış zamanı  kisələrə doldurulmuş 3 kiloqram 115 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Narkotik tərkibli çətənə bitkiləri hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq şöbəyə gətirilib. İlkin dindirilmə zamanı Qabil Abdullayev borclarını ödəmək üçün belə bir cinayətə əl atdığını etiraf edib.

 

"Çətənə kollarını borclarım olduğuna görə əkmişdim. Məqsədim həm satmaq, həm də özümün istifadə etməyim idi".

 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar