Şair qohumlarının evini talan edib, avtomobillərini yandırdı
04 may 2017 10:54 (UTC +04:00)

Şair qohumlarının evini talan edib, avtomobillərini yandırdı

0
Ağcabədi rayonunda qohumlarının evini talan edib, avtomobillərini yandıran şəxsə hökm oxunub.
 
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, 2014 və 2016-cı illərdə Laçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyevə məxsus “VAZ 21015” və “Mercedes-190” markalı avtomobillərin yandırılması faktı üzrə istintaq başa çatıb.
 
İstintaq zamanı hadisənin zərərçəkənin qohumu və qonşusu İkram Şükürov tərəfindən törədildiyi məlum olub. İ. Şükürovun 2015-ci ildə 3 qonşusu və qohumlarının evini talan etməsi faktları da aşkarlanıb.
 
Laçın rayon məhkəməsinin qərarı ilə  İ. Şükürov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə “Mercedes” markalı avtomobilə dəyən ziyanın ödənilməsi barədə də qərar çıxarıb.
 
 
İ. Şükürovun şair, 1 şer kitabının müəllifi olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar